Dəməşqdə dərman anbarında çoxlu cəsəd tapılıb - FOTOLAR

2024/12/67630-3469089354.jpg
Oxunub: 511     21:33     18 Dekabr 2024    
Suriyanın paytaxtı Dəməşqin Seyyid Zeynəb bölgəsində bir dərman anbarında çoxlu cəsəd aşkar edilib.

Ordu.az xəbər verir verir ki, Baas rejiminin devrilməsindən sonra Suriyada kütləvi məzarlıqlar və meyitlər tapılmaqda davam edir.

Aralarında uşaqların da olduğu 20-dən çox adama aid olduğu düşünülən cəsədlərin qalıqları Dəməşqin Seyyid Zeynəb bölgəsindəki bir anbarda aşkarlanıb.

Hadisə yerinə gələn Mülki Müdafiə qrupları araşdırmalara başlayıb. Cəsədlərin DNT analizi yolu ilə kimlərə aid olduğu müəyyən edilir.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   Suriya  


Bizi "telegram"da izləyin