Le Pen: "Fransa Prezidenti çaşbaş vəziyyətdədir"

2024/12/1733375367.jpg
Oxunub: 530     16:36     18 Dekabr 2024    
Fransa Prezidenti Emmanuel Makron çaşbaş vəziyyətdədir - onun mandatını vaxtından əvvəl başa çatdırmasına səbəb ola biləcək bir çox səbəblər var.

Ordu.az xəbər verir ki, bunu ifrat sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen "Le Parisien" qəzetinə müsahibəsində bildirib.

"Makron çaşbaş vəziyyətdədir. Problemlər hətta onun yeni baş nazirlə (Fransua Bayru - red.) və ya maliyyə bazarındakı vəziyyətlə razılaşmaya bilən mərkəzçi bloku ilə də yarana bilər", - o əlavə edib.

Le Penin sözlərinə görə, bu səbəbdən o, növbədənkənar prezident seçkilərinə hazırlaşmalıdır.

"Ehtiyat tədbiri olaraq mən növbədənkənar prezident seçkilərinə hazırlaşıram", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Le-Pen   Fransa  


Bizi "telegram"da izləyin