Ordu.az xəbər verir ki, Suriyada Əsəd rejiminin süqutu ilə başlayan kəşfiyyat xidmətlərinin arxiv toplama yarışı bütün sürəti ilə davam edir.
“Intelligence Online”ın (IO) məlumatına görə, hökumətləri tərəfindən bir çox kəşfiyyat orqanına sözügedən məlumatları əldə etmək tapşırığı verilsə də, bölgədə çox fəal olan və bu sahəni yaxşı bilən Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) bir addım öndə kimi görünür.
Suriyada baş verən proseslərdə aktiv rol oynayan MİT-in bölgədəki fəaliyyəti dünyanın diqqətini çəkərkən, bölgədə terrorla mübarizə fəaliyyətləri davam edir.
Ötən həftə Suriyanın müxtəlif təhlükəsizlik bölmələrinin qərargahlarının ələ keçirilməsindən sonra onların arxivlərində olan sənədlərin fotoları sosial şəbəkələrdə görünməyə başlayıb.
Məlum olduğu kimi, görünən sənəd qalaqları sözügedən arxivin yalnız kiçik bir hissəsini təşkil edir. IO bildirir ki, ABŞ, Avropa və İsrail kəşfiyyat orqanları mümkün qədər çox sənəd ələ keçirməkdə qərarlıdır.
Bu çərçivədə İO-nun verdiyi məlumata görə, Suriyadakı “Heyət Təhrir əş-Şam” kimi rejim əleyhdarı qruplar rejimin kəşfiyyat təşkilatı Suriya Milli Təhlükəsizlik Bürosu və rejimin Hava Qüvvələri Kəşfiyyat Ofislərinin arxivlərinin çoxunu ələ keçirməyi bacarıblar.
Sevinc Əliyeva
Ordu.az