Maya Sandu: "Moldova Avropa İttifaqına daxil olmaqla bağlı öhdəliklərinə sadiqdir"

2023/04/4dd7e-1681206089.jpg
Oxunub: 498     12:50     18 Dekabr 2024    
Moldova Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı öhdəliklərinə sadiqdir.

Ordu.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “X”də paylaşım edib.

“İslahatlardakı irəliləyişimizin və çətinliklər qarşısındakı dayanıqlılığımızın Aİ Şurası tərəfindən tanınmasından çox şadıq”, - M.Sandu əlavə edib.

O, Avropanın gələcəyini birlikdə qurduqlarını vurğulayıb:

“Biz ədliyyə sahəsində islahatları dərinləşdirmək, korrupsiya ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə Aİ-yə üzvlük öhdəliyimizə sadiq qalırıq. Birlikdə Avropanın gələcəyini qururuq”.

Xatırladaq ki, Aİ təşkilata üzvlüklə bağlı 2024-cü il iyunun 25-də Moldova ilə danışıqlara başlayıb. İyul ayında danışıqların ikinci mərhələsinə start verilib. Oktyabrın 20-də isə Moldovanın Aİ-yə daxil olmasına dair referendum keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sandu   Moldova    


Bizi "telegram"da izləyin