Ordu.az-ın məlumatına görə, Tayvan Müdafiə Nazirliyi bu barədə X sosial şəbəkəsində məlumat yayıb. Nazirlik bildirib ki, bu gün səhər saat 6-dan əvvəl adaya 15 PLA təyyarəsi, 9 PLA Hərbi Dəniz Qüvvələri gəmisi və 4 başqa Çin gəmisi yaxınlaşıb.
Tayvan Müdafiə Nazirliyi, iki təyyarənin median xətti keçərək Tayvanın cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olduğunu açıqlayıb. Nazirlik vəziyyəti izlədiklərini və müvafiq reaksiya göstərdiklərini əlavə edib.
Ordu.az