Argentina prezidenti Venesuelada saxlanılan jandarmın azad edilməsini tələb edir

2024/10/1730350717.jpg
Oxunub: 431     09:07     18 Dekabr 2024    
Argentina Prezidenti Xavyer Miley Venesuela hökumətinə müraciət edərək, Karakasda saxlanılan Argentina jandarmı Nahuel Gallonun dərhal azad edilməsini tələb edib.

Ordu.az-ın məlumatına görə, Prezident Miley bu fikirləri Argentina hərbçilərinin iştirakı ilə keçirilən tədbirdə bildirib: “Biz onun dərhal azad edilməsini tələb edirik və onu sağ-salamat Argentinaya qaytarmaq üçün bütün diplomatik vasitələrdən istifadə edirik”.

Gallonun saxlanılması ilə bağlı Venesuela rəsmiləri də açıqlama veriblər. Noyabrın 16-da Venesuela Mülki Təhlükəsizlik üzrə vitse-prezidenti və Daxili İşlər Naziri Diosdado Kabello jandarmın ölkəyə “bəzi tapşırıqları yerinə yetirmək üçün” göndərildiyini iddia edib.

Bununla yanaşı, Prezident Miley Gallonun Venesuelaya oğluna və Venesuela vətəndaşı olan anasına baş çəkmək üçün getdiyini vurğulayıb. Hazırda vəziyyətlə bağlı diplomatik səylər davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   Venesuela  


Bizi "telegram"da izləyin