Polşa Aİ-dən rekord məbləğdə maliyyə yardımı alıb

2024/12/1734447260.jpg
Oxunub: 573     18:26     17 Dekabr 2024    
Avropa İttifaqı (Aİ) Varşavaya rekord məbləğdə - 40 milyard zlotı (təxminən 10 milyard dollar) tranş ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin fondlar və regional siyasət naziri Katajina Pelçinskaya-Nalenç “X” sosial şəbəkəsində yazıb.

"Aİ-nin Bərpa və Dayanıqlığın Artırılması Fondundan dörd tranş alınıb ki, bu da ümumilikdə 40 milyard zlotıdır", - siyasətçi yazıb.

Avropa Komissiyası (AK) noyabrın ortalarında Varşavanın bu vəsaitlərin köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa    


Bizi "telegram"da izləyin