Roma Papası kitabında İraqda iki dəfə məruz qaldığı uğursuz sui-qəsd cəhdindən bəhs edib

2024/12/1734443374.jpg
Oxunub: 512     17:48     17 Dekabr 2024    
2021-ci ildə İraqda terrorçu-kamikadzelər Roma Papası Fransiskə iki dəfə sui-qəsd cəhdi ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti Roma Papasının avtobioqrafiyasından bir parçaya istinadən məlumat verib.

Pontifik kitabda yazır ki, 2021-ci ildə İraqa səfərindən əvvəl onu xüsusilə uzun müddət "İslam Dövləti"nin nəzarətində olan ərazilərə pastoral səfərdən imtina etməyə razı salmağa çalışıblar. Lakin Fransisk səfərini ləğv etməyib.

Roma Papasının təhlükəsizliyini yerli polis və Böyük Britaniya kəşfiyyatı təmin edib. Fransiskə qısa fasilə ilə iki dəfə sui-qəsd cəhdi edilib. Bu, Papanın xristian icması ilə görüşmək üçün Mosula gəlməsi zaman baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   İraq  


Bizi "telegram"da izləyin