Böyük Britaniya Ukraynaya 35 milyon funt-sterlinq ayırıb, Rusiyaya sanksiyalar tətbiq edib - YENİLƏNİB

2024/12/fhgfh-1734362071.jpg
Oxunub: 650     17:15     17 Dekabr 2024    
Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukraynaya 35 milyon funt-sterlinq məbləğində maliyyə yardımı və Rusiya əleyhinə yeni sanksiyaları elan edib.

Ordu.az xəbər verir ki, bu barədə krallıq hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.

Məhdudiyyətlər Rusiyanın Ukraynanın kritik infrastrukturuna ardıcıl və genişmiqyaslı hücumları ilə izah edilib.

Rəsmi Londonun Ukrayna hökumətinə ayırdığı 35 milyon funt-sterlinq yardıma gəlincə, bu məbləğin 20 milyonu enerji infrastrukturunun bərpasına 15 milyon funt-sterlinq isə humanitar məqsədlərə sərf olunacaq.

Digər tərəfdən 21 min ailənin yaşadığı mənzillərin təmiri və istilik sistemləri ilə təchizatına 10 milyon funt-sterlinq sərf olunacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə isə bu ölkəyə daha 10 milyon funt-sterlinq ayrılacaq.

Məlumatda həmçinin Rusiyanın hasil etdiyi neft və neft məhsullarını daşıyan 20-dən çox tankerinə də şamil olunacaq. Bununla da adıçəkilən ölkənin məhdudiyyətlərlə üzləşən tankerlərinin sayı 100-ə çatacaq.

***

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, siyahıya 20 gəmi və iki şirkət əlavə edilib.

Sənədin yenilənmiş variantı Böyük Britaniya hökumətinin saytında dərc edilib.

Siyahıya enerji ticarəti üzrə ixtisaslaşmış Dubay şirkətləri – “2Rivers DMCC” (əvvəlki adı – “Coral Energy”) və “2Rivers PTE” daxil edilib. Həmçinin müxtəlif ölkələrdə qeydiyyatda olan 20 neft tankerinə məhdudiyyətlər tətbiq edilib.

Böyük Britaniya hökuməti hesab edir ki, bu şirkətlər "Rusiya hökumətini, xüsusilə Rusiyanın enerji sektorunu dəstəkləməklə mənfəət əldə edir". Gəmilərə gəldikdə isə məhdudiyyətlərin tətbiq edilməsinin səbəbi onların "Ukraynada sabitliyin, onun ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin pozulmasına gətirib çıxaran fəaliyyətdə ehtimal edilən iştirakı, həmçinin Rusiya hakimiyyətini dəstəkləməkdən mənfəət əldə etməsidir.

Sənəddə qeyd olunur ki, sanksiyaya məruz qalan gəmilər Rusiyadan üçüncü ölkələrə neft və ya neft məhsullarının daşınması üçün istifadə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin