Ordu.az xəbər verir ki, Filippin Yaponiya ilə Çinlə artan regional gərginlik fonunda hər iki ölkənin ordularının bir-birinin ərazisində yerləşdirilməsinə imkan verəcək yeni müdafiə sazişini təsdiqləyib.
Filippin Senatı verdiyi açıqlamada müqavilənin Yaponya və Filippin qüvvələri arasında qarşılıqlı əməkdaşlıq qabiliyyətini artıracağını ifadə edib.
Senat qeyd edib ki, sazişin ratifikasiyası iki ölkə arasında strateji tərəfdaşlığı və onların regional, beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə töhfələrini artırmaq kimi ümumi məqsədini daha da təsdiqləyir.
Sazişin ratifikasiyasında Yaponiyanın Maniladakı səfiri Kazuya Endo da iştirak edib.
Sevinc Əliyeva
Ordu.az