Türkiyənin MKE şirkəti Kosovoda sursat fabriki yaradır

2024/12/1734424531.jpg
Oxunub: 438     16:34     17 Dekabr 2024    
Türkiyənin “Makine ve Kimya Endüstrisi A.Ş.” (MKE) şirkəti Kosovoda müdafiə sənayesi üçün mühüm layihəyə imza atıb.

Ordu.az xəbər verir ki, imzalanan müqavilə ilə Kosovoda NATO standartlarında döyüş sursatları istehsal edəcək müasir zavod yaradılacaq.


MKE Baş direktoru İlhami Keleş bu mühüm əməkdaşlığı qiymətləndirərək qeyd edib:

“Türkiyənin müdafiə sənayesindəki köklü təcrübəsini Kosovoya gətirməkdən böyük qürur duyuruq. Bu müqavilə təkcə sursat istehsalını təmin etməyəcək, həm də Kosovonun müdafiə qabiliyyətini artıracaq ekosistemin yaradılmasını təmin edəcək. Türkiyə ilə Kosovo arasındakı güclü əlaqələri daha da gücləndirəcək bu əməkdaşlıq bölgədə sülh və sabitliyə töhfə verəcək”.

Müqavilənin əhatə dairəsinə sursat istehsalında istifadə olunacaq maşınların tədarükü, Kosovo personalının təlimi, müəyyən müddət ərzində texniki xidmət göstərilməsi, keyfiyyətə nəzarət üçün lazımi sınaq və kalibrləmə sistemlərinin quraşdırılması daxildir.

İstehsala başlandıqdan sonra fabrik 100% yerli brend kimi dövlət müəssisəsi kimi fəaliyyət göstərəcək. Bununla Kosovonun müdafiə sənayesində davamlı baza yaratmaq və yerli potensialını artırmaq hədəflənir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MKE   Kosovo  


Bizi "telegram"da izləyin