Dekabrın 18-də 2 “Eurofighter” Ankaraya gələcək

2024/12/1734423814.jpg
Oxunub: 642     15:22     17 Dekabr 2024    
Qətərdə “Ferocious Falcon V” təlimində iştirak edən Kral Hərbi Hava Qüvvələrinə məxsus 2 “Eurofighter” tipli döyüş təyyarəsi dekabrın 18-də Ankaradakı “Mürted” Aerodromu Komandanlığına gələcək.

Ordu.az xəbər verir ki, təyyarələrin Ankara səfərini dəyərləndirən Türkiyə milli müdafiə naziri Yaşar Gülər bu təyyarələrin səlahiyyətlilər tərəfindən yoxlanılacağını açıqlayıb.

Bir müddət əvvəl Böyük Britaniya “Tranch 1” adlı birinci nəsil “Eurofighter” modellərini satışa çıxarmışdı. O bu təyyarələri Türkiyəyə də təklif edib.

Gülər qatıldığı televiziya proqramında açıqlama verib. Türkiyə milli müdafiə naziri deyib:

“Dekabrın 18-də Qətərdəki təlimə qatılan Britaniyaya məxsus 2 “Eurofighter” Ankaraya gələcək və təyyarələri görmək fürsətimiz olacaq. F-35 almaq istədiyimizi daha əvvəl demişdik. İnanırıq ki, F-16 satınalma prosesindəki müsbət atmosfer F-35 prosesində də özünü göstərəcək. İttifaq ruhuna zidd olan CAATSA sanksiyalarının aradan qaldırılmasını ABŞ-də vəzifə alacaq yeni administrasiya ilə müzakirə edəcəyik. S-400-ə münasibətimizdə heç bir dəyişiklik yoxdur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurofighter   Ankara  


Bizi "telegram"da izləyin