Ordu.az xəbər verir ki, Filippin HHQ Pampanqadakı “Clark” aviabazasında daha 5 ədəd “Blackhawk” helikopterini təhvil alıb.
Bu tədarük Filippin Müdafiə Nazirliyi (DND) və Polşa aviasiya şirkəti “Polskie Zaklady Lotnicze Sp” (PZL Mielec) arasında Filippin Silahlı Qüvvələrinin Modernləşdirilməsi Proqramı çərçivəsində Əlavə Ümumi Məqsədli Helikopterlərin Tədarükü Layihəsi Sazişinin bir hissəsidir.
Filippin HHQ-nin rəsmi sosial media hesablarında yer alan paylaşıma görə, Əlavə Ümumi Məqsədli Helikopterlərin Tədarükü Layihəsi çərçivəsində 5 ədəd “Blackhawk” helikopterinin ilk təhvil verilməsi 2024-cü il iyunun 10-da baş tutub.
Sevinc Əliyeva
Ordu.az