“31+4” proqramı ABŞ ordusunun gələcək döyüş meydanında strateji hazırlıqlarını formalaşdırır

2024/12/1734425224.jpg
Oxunub: 370     12:18     18 Dekabr 2024    
Müasir müharibənin təbiəti sürətlə dəyişdikcə, texnologiya və asimmetrik təhlükələr döyüş meydanında qeyri-müəyyənliyi və mürəkkəbliyi artırır.

Ordu.az xəbər verir ki, bu barədə “Defenceturk.net” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu vəziyyət orduların əməliyyat imkanlarını artırmaq, mövcud qüvvə strukturunu modernləşdirmək və gələcəyin döyüş mühitinə uyğunlaşmaq üçün yeni proqramlara ehtiyac duymasına səbəb olur.

Müəllif bildirib ki, ABŞ ordusu gələcəyin döyüş meydanında qarşılaşacağı təhdidlər və əməliyyat tələbləri ilə bağlı gözləntilərini daim yeniləyir.

“Bu çərçivədə ABŞ 2017-ci ildə 31 modernləşdirmə proqramı müəyyən edib, daha sonra 4 yeni proqram əlavə edərək, bu siyahıya “31+4 İmza Sistemləri” (31+4 Signature Systems) adını verib. Bu sistemlər çoxdomenli əməliyyatlar üçün kritik hesab olunur. “31+4” proqramı ABŞ ordusunun gələcək döyüş meydanından gözləntilərini və bu gözləntilərə qarşı strateji hazırlıqlarını formalaşdırır”, - deyə nəşr vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   31+4  


Bizi "telegram"da izləyin