Ordu.az xəbər verir ki, 656,2 milyon dollarlıq müqaviləyə 1980-ci illərdən bəri ABŞ quru qoşunlarında istifadə edilən M7A4 və M2A4 variantlarında 300-dən çox vasitə daxildir.
Pentaqonun açıqlamasına görə, istehsalın yeri və maliyyələşdirilməsi hər sifarişlə müəyyən ediləcək və istehsalçı BAE 2027-ci ilin noyabrına qədər layihəni tamamlayacaq.
Sentyabr ayında ABŞ “BAE Systems” ilə ordu üçün 200-dən çox “Bradley”in yığılması üçün daha 440 milyon dollarlıq müqavilə imzalayıb.
“Bradley” döyüş vasitəsi konfiqurasiyasından asılı olaraq 10 nəfərə qədər şəxsi daşıya bilir.
Sevinc Əliyeva
Ordu.az