Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, rəsmi açıqlamada qısaca olaraq mövzunun özünütənqid olduğu qeyd edilib.
“Onların müzakirə etdiklərinə gəlincə, gündən-günə daha da kiçilən rəsmi açıqlamada qısaca olaraq mövzunun özünütənqid olduğu qeyd edilib. Əslində Nikol Paşinyan növbəti dəfə hakim partiya üzvlərinin qorxusunu tutmağa çalışıb. Həmin iclasda Paşinyanın əsas mesajı bu olub ki, o, Hovik Ağazaryanın və Hakop Aslanyanın yolunu tutacaq, komandaya “xəyanət edəcək”, yəni qul və bel çantası statusunu tərk edərək, hər hansı bir müstəqillik nümayiş etdirəcək ən yaxınına belə dözməyəcək. Hakim partiya ümidsizliyə qapılıblar, biri zarafatla deyib ki, iclaslar barədə arvadına belə danışmır, bunun sızma kimi səciyyələndiriləcəyindən qorxur”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az