Ordu.az xəbər verir ki, 2023-cü ildə qurulan şirkət xüsusilə sərhəd təhlükəsizliyi problemləri olan bölgələrdə müdafiə və təhlükəsizlik sistemlərinin inkişafına diqqət yetirir.
“RobotEye” ənənəvi insan əsaslı sərhəd təhlükəsizliyi sistemləri səmərəsiz olduqda işə düşür və kommunikasiya infrastrukturunun qeyri-adekvat olduğu çətin bölgələr üçün innovativ həllər təklif edir. “RobotEye” həlləri kritik kəsişmə nöqtələrini idarə etmək üçün peyk bağlantısı və Süni Zəkanı (SZ) birləşdirir.
Bundan əlavə, yerli SZ şirkəti tərəfindən yerlərdə taktiki və xüsusi əməliyyat bölmələrinin situasiya məlumatlılığını təmin etmək üçün hazırlanmış texnologiyalar da istehsal olunur. Bu sistemlər kommunikasiya infrastrukturundan asılı olmayaraq işləmək qabiliyyətinə malikdir və sızma və ya təxribat təhlükələrindən qorunma təmin edir. “RobotEye” bu innovativ məhsullarla kəşfiyyat və müşahidə sahəsində mühüm bir aktor olmağı hədəfləyir.
“RobotEye” peyk əsaslı kritik sahə ağıllı tələ sistemi “Solo” ilə müxtəlif ehtiyaclara cavab verir. “Solo” yalnız GSM rabitəsi ilə əhatə olunmayan kritik sahələrdə fəaliyyət göstərir, bir varlıq aşkar edildikdə, dərhal aktivləşir, elektro-optik və termal videolar çəkir.
Sistem SZ texnologiyasından istifadə etməklə, yerində analizlər həyata keçirir, peyk vasitəsilə insanların, nəqliyyat vasitələrinin və digər elementlərin aşkarlama fotoşəkillərini müvafiq bölmələrə ötürür.
Sevinc Əliyeva
Ordu.az