Ordu.az xəbər verir ki, şirkətin sifariş kitabının həcmi 12,8 milyarda çatıb, dünyanın müxtəlif yerlərində müxtəlif müdafiə şirkətləri ilə əməkdaşlıq diqqət çəkir.
“EDGE Group” Türkiyənin müdafiə sektorunu da yaxından izləyir.
2019-cu ildə qurulan BƏƏ-nin müdafiə holdinqi “EDGE Group” müdafiə sektorunda mühüm addım atıb. Həm BƏƏ-nin müdafiə layihələri, həm də xarici şirkətlərlə ortaqlıqları üçün strategiya müəyyən edən “EDGE Group” bu prosesdə hava, quru, dəniz və kiber sahələr üzrə məhsul portfelini 30-dan 201-ə yüksəldib.
Bu dövrdə ilk ildə 18,5 milyon dollarlıq sifariş alan şirkət bu il 2,1 milyard dollarlıq sifarişləri ilə diqqət çəkib. Ümumi dövriyyəsi 4,9 milyard dollar olan 2024-cü ili bağlayacaq şirkətin məhsulları hazırda 91 ölkədə istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az