Ordu.az xəbər verir ki, bu ünvanla “Petlas” hava platforması təkərlərini akkreditə edən dünyada dördüncü, Türkiyədə isə ilk marka olub.
Alınan sertifikatı şərh edən “Petlas” Baş direktoru Hakan Yalnız qeyd edib ki, ölkələr üçün müdafiə sistemlərində yerlilik dərəcəsinin yüksək olması və məhsulun kritik hissələrinə sahib olması böyük əhəmiyyət kəsb edir.
“Bu sertifikatla biz “Petlas” olaraq mülki və hərbi aviasiya təkərlərinin qəbulu və təsdiqi prosesində xarici asılılığı aradan qaldırırıq. Bu sertifikatla həm də xarici mənbələrdən asılı olmadan öz şirkətimiz daxilində “Kaan”, “Hürjet”, “Hürkuş”, “Bayraktar TB2”, “Akıncı”, “Atak II”, “Gökbey” kimi yerli istehsal olan hava platformalarının təkərlərinin sınaq proseslərini tamamlaya biləcəyik”, - deyə Yalnız bildirib.
Sevinc Əliyeva
Ordu.az