Ordu.az xəbər verir ki, strateji raketdaşıyıcı təyyarə olan “Tu-95ms” və strateji bombardmançı “Hong-6k” Sakit okeanın qərb hissəsi olan Yapon dənizi və Şərqi Çin dənizi suları üzərində 8 saatlıq uçuş həyata keçirib.
Bildirilib ki, bütün marşrut Rusiyanın “Su-30cm”, “MiQ-31VKS” və Çin HHQ-yə məxsus “Jian-16” təyyarələri tərəfindən qət edilib, Rusiya təyyarələri Çin hava limanından havaya qalxıb və eniş edib.
Döyüş təyyarələri marşrutun müəyyən mərhələlərində strateji bombardmançıları müşayiət edib.
Qeyd edilib ki, “Tu-95ms” ekipajı uçuş zamanı gecə havada yanacaq doldurub.
Sevinc Əliyeva
Ordu.az