ABŞ Niderlanda AIM-120D3 AMRAAM “hava-hava” raketlərinin satışını təsdiqləyib

2024/12/1733897464.jpg
Oxunub: 448     13:29     11 Dekabr 2024    
ABŞ Dövlət Departamenti Niderland Krallığının Hərbi Hava Qüvvələrinə AIM-120D3 AMRAAM “hava-hava” raketlərinin satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, hərtərəfli avadanlıq, proqram təminatı və dəstək xidmətləri dəsti ilə satışın ümumi dəyəri 807 milyon dollar təşkil edir.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) məlumatına görə, müqavilə çərçivəsində Niderlanda 226-ya qədər AIM-120D3 raketi çatdırılacaq.

“RTX Corporation” tərəfindən istehsal edilən bu müasir raketlər təqribən 120 kilometr artırılmış mənzili və istənilən hava şəraitində effektiv işləmə qabiliyyəti ilə seçilir.

AIM-120D3 NATO standartlarına cavab verən qabaqcıl “hava-hava” hücumundan müdafiə həlli kimi seçilir.

Satışın Niderlandın cari və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Niderland  


Bizi "telegram"da izləyin