Rusiya Şimali Koreyaya döyüş təyyarələri göndərməyi düşünür

2024/12/1733810219.jpg
Oxunub: 458     12:01     10 Dekabr 2024    
“ABŞ Asiya-Sakit okean regionunda çəkindirici qüvvələr yaratmağa davam etməlidir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbəri, amerikalı admiral Samuel Paparo “Reagan” Milli Müdafiə Forumunda çıxış edərkən deyib.

Paparo bildirib ki, Rusiya Şimali Koreyaya dördüncü nəsil döyüş təyyarələri göndərə bilər.

O, Rusiyanın “MiQ-29” və “Su-27”lərin təhvil verilməsi ilə bağlı Moskva ilə Pxenyan arasında bəzi razılaşmalar gördüklərini bildirib.

Paparo nə qədər reaktiv təyyarənin köçürülə biləcəyini açıqlamayıb.

Bu addım Pxenyanın Ukrayna qüvvələrinə qarşı döyüşmək üçün 12 min Şimali Koreya hərbi qulluqçusunu Rusiyaya göndərməsindən sonra atılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin