Dövlət Departamenti Papanın Milad bayramı ilə bağlı atəşkəs çağırışını dəstəkləməyib

2024/11/1731472978.jpg
Oxunub: 329     09:45     10 Dekabr 2024    
Amerika hakimiyyəti Roma Papası Fransiskin bütün münaqişə zonalarında Milad atəşkəsi elan etmək təklifini rədd edib və onu dəstəkləməyib.

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz münaqişələrin dayandırılmasını və münaqişələrin həll olunmasını istəyirik. Amma bu, hər bir halda dərhal atəşkəs demək deyil”, - Miller qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-Departamenti   Papa  


Bizi "telegram"da izləyin