Avstriya Şengen zonasının genişləndirilməsi ilə bağlı vetosunu ləğv edib

2024/03/1709957646.jpg
Oxunub: 532     00:18     10 Dekabr 2024    
Avstriya Şengen zonasının genişləndirilməsi ilə bağlı vetosunu ləğv edib ki, bu da Bolqarıstan və Rumıniyanın Şengen sazişinə tam qoşulmasına imkan verəcək.

Ordu.az “ORF” telekanalına istinadən xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Gerhard Karner bildirib.

“Biz mane olmayacağıq. “Şengen torpağı” indi Rumıniya və Bolqarıstan üçün də açıqdır”, - nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Şengen  


Bizi "telegram"da izləyin