Ərdoğan: "Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur"

2024/12/1733765309.jpg
Oxunub: 481     21:15     09 Dekabr 2024    
“Türkiyənin sərhəddən kənar əməliyyatlarının yeganə məqsədi öz təhlükəsizliyini təmin etməkdir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.

Ərdoğan, həmçinin Suriyadakı vəziyyət barədə də danışıb.

Prezident qeyd edib ki, rəsmi Ankara Suriyada sabitliyin bərpasında maraqlıdır: “Türkiyə dünən olduğu kimi, bu gün də Suriya xalqının yanındadır. Suriyanın ərazi bütövlüyü mütləq qorunmalıdır. Dünəndən etibarən Suriyada qaranlıq dövr keçmişdə qalıb, aydınlıq dövr başlayıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin