KİV: Əsəd devrilməmişdən əvvəl ABŞ ilə razılaşmadan imtina edib

2023/06/64994-1687770583.jpg
Oxunub: 455     20:57     09 Dekabr 2024    
Suriyanın artıq keçmiş prezidenti Bəşər Əsəd devrilməmişdən əvvəl ABŞ-nin sanksiyalarının tədricən ləğvi qarşılığında Tehrana logistik yardımı dayandırmaq təklifini rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Suriyanın keçmiş diplomatı Bəssam Bərəbəndiyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, aktiv hərbi əməliyyatların başlamasına bir neçə həftə qalmış Vaşinqton BƏƏ-nin vasitəçiliyi ilə Əsədə “Hizbullah”ın təminatı üçün Suriya ərazisindən istifadənin qadağan olunmasını etməyi təklif edib.

Bunun müqabilində isə amerikalılar Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvini vəd ediblər. Lakin Əsəd bu təklifi rədd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsəd   ABŞ  


Bizi "telegram"da izləyin