Hakan Fidan BMT Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib

2024/12/1733762301.jpg
Oxunub: 417     20:23     09 Dekabr 2024    
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilı BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i ölkənin Xarici İşlər Nazirliyindəki (XİN) mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyanın siyasi nizamı və bərpası ilə bağlı fikir mübadiləsi aparıblar.

Həmçinin BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin Suriyada dayanıqlı siyasi keçidin təmin edilməsi, humanitar yardımların çatdırılması və bu ölkənin yenidən qurulması istiqamətində atacağı mümkün addımları dəyərləndiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Quterreş  


Bizi "telegram"da izləyin