İran XİN başçısı: "Astana formatının gələcəyi Suriyadakı hadisələrin inkişafından asılıdır"

2024/12/1733116130.jpg
Oxunub: 431     15:58     09 Dekabr 2024    
Suriyadakı vəziyyət Suriya nizamlanması üzrə Astana formatı (Rusiya, İran və Türkiyənin iştirakı ilə) çərçivəsində növbəti addımları müəyyən edəcək.

Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Suriyada vəziyyətlə bağlı İran parlamentariləri ilə görüş barədə danışarkən o qeyd edib ki, Astana formatının gələcəkdə davam etdirilməsi Suriyadakı hadisələrdən və zəmanətçi ölkələrin qərarlarından asılı olacaq", - agentlik bildirib.

Suriya müxalifət qruplarının Astana formatı çərçivəsində növbəti görüşlərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala A.Əraqçi cavab verib ki, bu formata yalnız İran, Rusiya və Türkiyə daxildir. Suriya hökuməti və ərəb ölkələri heç vaxt bu danışıqlarda iştirak etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Astana   XİN  


Bizi "telegram"da izləyin