Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, S.Vitkoff, həmçinin Trampın yanvarın 20-də vəzifəyə başlamasından əvvəl HƏMAS və İsrail arasında atəşkəsə nail olunacağına ümid etdiyini bildirib.
"Prezidentin nə dediyini eşitdiniz: girovları azad etsələr yaxşı olar. Əgər azad etməsələr, onlar üçün yaxşı gün olmayacaq", - o vurğulayıb.
Agentlik qeyd edib ki, D.Tramp ötən həftə HƏMAS girovları andiçmə mərasiminədək azad etməyi tələb edib, əks təqdirdə onların "cəhənnəm əzabı" ilə üzləşəcəyini bəyan edib.
Ordu.az