Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bu məbləğ Aİ-nin yeddiillik büdcəsi üçün ayrılan hazırkı 10 milyard avrodan əhəmiyyətli dərəcədə artım olacaq.
“Politico”ya müsahibəsində Kubilius Rusiyanın Aİ ölkələrinə mümkün hücumlarına hazır olmağın vacibliyini vurğulayıb.
“Əgər Ukraynada uğursuzluğa düçar olsaq, Rusiyanın Aİ-yə üzv dövlətlərə qarşı hərbi təcavüzü ehtimalı təbii ki, arta bilər”, - deyə o qeyd edib.
Kubilius Vladimir Putini Aİ-nin əsas düşməni kimi tanıyıb və Ukraynanın qələbəsini dəstəkləməyin Avropanın təhlükəsizliyi üçün çox vacib olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az