Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün bildirib.
“Əslində, prosesi sürətləndirmək üçün prototipləri çoxaltmaq istəyirdik. Bəri başdan deyim ki, 6 ədəd “Kaan” istehsal edəcəyik. Sınaq “Kaan”ları olacaq ki, biz eyni vaxtda müxtəlif sınaqları həyata keçirə bilək. Nə inkişaf etdirməyimizdən asılı olmayaraq, keçmişdəki təcrübələrimiz çox qiymətlidir. Yeni funksiyaları necə əlavə edə biləcəyimiz, onu necə daha sürətli və daha qənaətli edə biləcəyimiz həmişə gündəmimizdədir. Əhəmiyyətli üstünlüklərimizdən biri meydandakı qəhrəman ordumuz, istifadəçilərimizdir. Biz onlarla çox ahəngdar və birlikdə işləyirik. Onların ehtiyac duyduğu sistemləri mühəndislik gücümüzlə birlikdə işlədirik və bir araya gətiririk. Sonra onların rəyini alırıq. Tezliklə dizaynı yekunlaşdırırıq və davam edirik. “Kaan” ilə ilk uçuşlarımızı etdik. İlk uçuş bu ilin fevralında baş tutub. Sonra ikinci uçuşumuz həyata keçirildi. İstehsal prosesləri davam edir. İnanıram ki, biz əvvəllər beynəlxalq miqyasda hazırlanmış müxtəlif məhsullar və ya fərqli platformalar üçün edilən prosesləri daha sürətli və daha qənaətli şəkildə keçəcəyik. Buna görə də, inşallah, 2028-ci ilin sonuna doğru ilk məhsulları təhvil vermək kimi bir hesablamamız var”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az