Ordu.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi “Facebook” hesabında bildirilib.
“KFOR-un ehtiyat qüvvələrindən Türkiyə bölmələri NATO-nun rəhbərlik etdiyi KFOR missiyasında yerləşdirməni başa çatdırıblar. Birliklər İtaliyanı tərk etmiş qüvvələri əvəz edəcəklər. 65-ci Mexanikləşdirilmiş Piyada Briqadasının 350-yə yaxın türk personalı KFOR qoşunları ilə birlikdə bir sıra fəaliyyətlər həyata keçirəcək və təhlükəsizlik vəziyyətində baş verən hər hansı uyğunlaşmaya cavab olaraq cəlb ediləcək”, - deyə məlumatda qeyd edilib.
Vurğulanıb ki, KFOR hər hansı potensial risklərin qarşısını almaq və uzunmüddətli BMT mandatına uyğun olaraq istənilən təhlükəsizlik ssenarisini həll etmək üçün yaxşı resurs və yaxşı mövqeyə malikdir.
Sevinc Əliyeva
Ordu.az