Yəməndən İsrailə PUA hücumu olub

2024/12/6756a-1733735073.jpg
Oxunub: 264     12:42     09 Dekabr 2024    
Yəməndən buraxılan pilotsuz uçuş aparatı İsrailin Yavne şəhərində yaşayış binasının eyvanını dağıdıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilib ki, xəsarət alan olmayıb, hadisə ilə bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   İsrail  


Bizi "telegram"da izləyin