XİN başçısı: "Türkiyə suriyalıların təhlükəsiz şəkildə geri qayıtmaları üçün əlindən gələni edəcək"

2024/07/1720975084.jpg
Oxunub: 308     12:40     09 Dekabr 2024    
Türkiyə suriyalıların təhlükəsiz və könüllü şəkildə geri qayıtmaları üçün əlindən gələni edəcək.

Ordu.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XV Səfirlər Konfransının rəsmi açılış mərasimindəki nitqində deyib.

H.Fidan Suriyada baş verən hadisələrin Türkiyəyə ümid işığı verdiyini bildirib:

“Biz prosesin başından bəri hər zaman eyni fikri ifadə edirdik. Suriyada sülh və sabitlik yalnız beynəlxalq konsensusla əldə olunacaq. Mövcud rejim öz xalqı ilə barışmağa çalışmırdı, buna səy göstərmirdi”.

Türkiyənin xarici işlər naziri müxtəlif etnik qrupların bir yerdə yaşadığı Suriyanı xəyal etdiklərini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Türkiyə  


Bizi "telegram"da izləyin