Türkiyədə iki hərbi helikopter havada toqquşub, biri general olmaqla, 6 hərbçi həlak olub - YENİLƏNİB

2024/09/1725255199.jpg
Oxunub: 1106     13:52     09 Dekabr 2024    
Türkiyənin İsparta vilayətində iki hərbi təlim helikopterinin toqquşması nəticəsində həlak olanların sayı 6-ya çatıb.

Ordu.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

***

Türkiyənin İsparta vilayətində iki hərbi təlim helikopterinin toqquşması zamanı həlak olan hərbçilərdən biri komandir olub.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə İsparta Valisi Abdullah Erin bildirib.

Həlak olan komandirin general İsa Baydilli olduğu açıqlanıb.

***

Türkiyənin İsparta vilayətində hərbi helikopter qəzaya uğraması nəticəsində 5 hərbçi ölüb, bir nəfərin axtarışı davam edir.

Ordu.az-ın xəbərinə görə, bu barədə açıqlamanı Isparta valisi Abdullah Erin verib.



***

Türkiyənin İsparta əyalətinin Keçiborlu rayonunda hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğrayıb.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə DHA məlumat yayıb.

Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Helikopter   Qəza  


Bizi "telegram"da izləyin