Türkiyə Silahlı Qüvvələri yerli və milli bulud sisteminə keçir: İmzalar atıldı

2024/12/1733731859.jpg
Oxunub: 480     16:09     09 Dekabr 2024    
Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin yerli və milli Bulud Hesablama Sistemi Layihəsi üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin məlumatları təhlükəsiz serverlərdə və saxlama sistemlərində saxlanılacaq.

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrində məlumat təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addım atıb.

Türkiyə Silahlı Qüvvələrinin Bulud Hesablama Sistemi Layihəsinin inkişaf etdirilməsi üçün Milli Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Komitəsi arasında əməkdaşlıq protokolu imzalanıb.

Türkiyə Silahlı Qüvvələrinin Bulud Hesablama Sistemi başda “Çelik Kubbe” olmaqla, Türkiyə Silahlı Qüvvələrinin bütün İT infrastrukturunda məlumat təhlükəsizliyini təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Silahlı-Qüvvələr  


Bizi "telegram"da izləyin