NATO Müttəfiq Reaksiya Qüvvələri Hava Komandanlığı və Nəzarəti Türkiyəyə keçir

2024/12/1733731704.jpg
Oxunub: 468     14:07     09 Dekabr 2024    
Əskişəhərdə yerləşən Türkiyə Birgə Hava Komponenti Komandanlığı (Türk JFAC) Müttəfiq Reaksiya Qüvvələri Hava C2 (komanda və idarəetmə) bölməsinin məsuliyyətini öz üzərinə götürəcək.

Ordu.az xəbər verir ki, komanda keçidindən əvvəl sonuncu təlim Almaniya və Türkiyədə keçirilib.

Noyabrın 26-da Almaniyanın Ramştayn və Türkiyənin Əskişəhər şəhərlərində başlayan “Steadfast Dagger 24” təlimi dekabrın 6-da başa çatıb.

“Staadfast Dagger 24” NATO-nun 2022-ci il Strateji Konsepsiyasında qeyd olunan üç əsas missiyasından biri olan böhranın qarşısının alınması və idarə edilməsinə yönəlmiş çoxdomenli təlimlər seriyasının birincisi idi.

Təlim Türkiyə Birgə Qüvvə Hava Komponenti Komandanlığı, İtaliyanın NATO-nun Çevik Yerləşdirilə Bilən Korpusu, İtaliyanın “Vittorio Veneto” Diviziyası, İspaniya Hərbi Dəniz Qüvvələri və İspaniyanın Xüsusi Təyinatlı Qüvvələri ilə birgə həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Türkiyə  


Bizi "telegram"da izləyin