İndoneziyanın Dəməşqdəki səfirliyi atəşə tutulub

2024/12/1733725855.jpg
Oxunub: 324     10:25     09 Dekabr 2024    
Suriyanın paytaxtı Dəməşqdə İndoneziya səfirliyi atəşə tutulub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyinin Vətəndaşların müdafiəsi məsələləri üzrə Departamentinin direktoru Cudha Nuqraha deyib.

“Hadisə zamanı heç bir İndoneziya vətəndaşı xəsarət almayıb”, - "Jakarta Globe" məmura istinadən bildirib.

Onun sözlərinə görə, atəş təsadüfən açılıb. Hazırda Suriyada mindən çox indoneziyalı yaşayır, onlardan 19-u sığınacaq almaq üçün səfirliyə müraciət edib.

Səfirlik Suriyada qarşıdurmanın artması fonunda ən yüksək həyəcan səviyyəsi elan edib. İndoneziyalılara ərəb ölkəsinə səfərlərdən çəkinmək tövsiyə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Dəməşq  


Bizi "telegram"da izləyin