Ordu.az xəbər verir ki, peyki daşıyan “Long March 2C” raketi noyabrın 24-də Şərq vaxtı ilə saat 18:39-da “Jiuquan” Peyk Buraxılış Mərkəzindən havaya qalxıb.
Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası (SAST) uçuşdan bir saat sonra buraxılışın uğurlu olduğunu açıqlayıb.
Bildirilib ki, faydalı yük Çin “Siwei” Xəritəçəkmə və Ölçmə Texnologiyaları Şirkəti üçün hazırlanmış “SuperView Neo-2” 03 və 04 (Siwei Gaojing-2 (03, 04)) peykləridir.
Həm SAST, həm də Çində yerləşən “Siwei” Çinin dövlət tərəfindən dəstəklənən əsas kosmos podratçısı olan Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) nəzdində fəaliyyət göstərir.
Sevinc Əliyeva
Ordu.az