Ordu.az xəbər verir ki, 2024-cü ilin noyabrında ASELSAN ilə Polşanın AMZ “Kutno” şirkəti arasında mühüm müqavilə imzalanıb.
Müqavilə Polşa ordusu üçün istehsal olunacaq “LOTR-Kleszcz”in ASELSAN istehsalı olan radar və elektro-optik sistemlərinin tədarükünü əhatə edir.
Məlumdur ki, saziş Polşanın 2024-cü ilin iyununda elan etdiyi, 286 dəst kəşfiyyat və müşahidə sisteminin tədarükünü əhatə edən irimiqyaslı layihənin bir hissəsidir. Müqavilə çərçivəsində qurulan əməkdaşlığın 2035-ci ilə qədər davam etdirilməsi planlaşdırılır.
ASELSAN-ın açıqlamasının Polşa ilə bağlanmış razılaşma ilə bağlı ola biləcəyi düşünülür.
Sevinc Əliyeva
Ordu.az