Ordu.az xəbər verir ki, müdafiə sənayesi istehsalçısı “BAE Systems” iki Skandinaviya ölkəsi tərəfindən maliyyələşdirilən Ukrayna vasitələri də daxil olmaqla, 2,5 milyard dollarlıq ayrı-ayrı müqavilələr çərçivəsində Danimarka üçün 115 ədəd, İsveç üçün isə 50 ədəd CV9035 “MkIIIC” istehsal edəcək.
Məlumata görə, müqavilələr Danimarka Müdafiə Nazirliyinin Satınalma və Logistika Təşkilatı və İsveç Müdafiə Materialları İdarəsi (FMV) ilə yeni üçtərəfli çərçivə sazişləri çərçivəsində həyata keçirilib.
CV9035 “MkIIIC”nin yeni versiyası Niderland üçün ən son CV90 orta ömür təkmilləşdirmə proqramı ilə eyni standarta uyğun qurulub və yeni CV90 qülləsi ilə təchiz olunub.
8 NATO və digər 2 Avropa ölkəsində 17 müxtəlif variantda 1900 vasitə var. Vasitələr Əfqanıstan və Ukraynadakı döyüşlərdə, həmçinin NATO-nun Liberiyadakı əməliyyatlarında istifadə edilib.
İsveç müqaviləsi may ayında, Danimarka sifarişi isə sentyabrda elan edilib. Slovakiya ilk vasitələri tezliklə alacağını gözləyir, Litva isə bu yaxınlarda CV90-ların alınmasını təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az