Yunanıstan İsraildən PULS YARS-ları alacaq

2024/12/1733569930.jpg
Oxunub: 649     16:41     09 Dekabr 2024    
Yunanıstan İsraildən PULS (Precise & Universal Launching System) Yaylım Atəşli Reaktiv Sistemləri (YARS) alacaq.

Ordu.az xəbər verir ki, sistemlər Yunanıstanın Türkiyə ilə sərhədində yerləşdiriləcək.

“OnAlert”in məlumatına görə, Yunanıstan İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal olunan 38 ədəd PULS YARS-larının alınmasının təsdiqlənməsinin son mərhələsinə çatıb.

Təxminən 500 milyon avro dəyərində olan proqram hazırda Yunanıstan Parlamenti və Xarici İşlər və Müdafiə üzrə Hökumət Şurası (KYSEA) tərəfindən nəzərdən keçirilir.

Paketə buraxılış qurğuları, komanda batareyaları, bir sıra dəqiq idarə olunan raketlər, həmçinin təlim və texniki qulluq xidmətləri daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   İsrail  


Bizi "telegram"da izləyin