“Airbus” Qazaxıstana ilk A400M təyyarəsini təhvil verib

2024/12/1733569794.jpg
Oxunub: 518     11:39     09 Dekabr 2024    
“Airbus” şirkəti Qazaxıstanın sifariş etdiyi 2 ədəd A400M hərbi-nəqliyyat təyyarəsindən birincisini təhvil verib.

Ordu.az xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi dekabrın 5-də MSN139 zavod nömrəli təyyarənin müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkova təhvil verildiyini bildirib.

Qazaxıstan 2021-ci ilin sentyabrında 2 ədəd çoxməqsədli A400M nəqliyyat təyyarəsi sifariş edib, onlardan birincisi bu ilin aprelində “Airbus” boya sexini tərk edib.

Müqaviləyə tam miqyaslı texniki qulluq dəstəyi və təlim də daxildir.

Müqavilə ilə yanaşı, texniki qulluq və əsaslı təmir xidmətləri üzrə əməkdaşlıq və yerli C295 texniki qulluq mərkəzinin yaradılmasında ilk addımın atılması üçün Anlaşma Memorandumu da imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   Qazaxıstan  


Bizi "telegram"da izləyin