Ordu.az xəbər verir ki, İspaniya Müdafiə Nazirliyi köhnəlmiş F-5 təlim təyyarələrini istismardan çıxarmaq planı üzərində işləməyə davam edir.
Bu kontekstdə İspaniya Müdafiə Nazirinin müavini Amparo Valkarse F-5 təyyarələrinin yenilənməsinin satınalma layihələri siyahısında birinci yerdə olduğunu təsdiqləyib.
İspaniya Hərbi Hava Qüvvələrinin komandanı bildirib ki, satınalma prosesinə namizədlər arasında TUSAŞ-ın təlim təyyarəsi “Hürjet”, Cənubi Koreyanın KAI-nin təlim təyyarəsi T-50 və “Leonardo” şirkətinin M-346 təlim təyyarəsi var.
Ancaq o vurğulayıb ki, danışıqlarda əsasən sənaye kooperasiyasından əldə ediləcək gəlirlər müzakirə olunub.
Sevinc Əliyeva
Ordu.az