Hindistan ordusu yeni “Sabal 20” PUA-sını təqdim edib

2024/12/1733560323.jpg
Oxunub: 496     19:51     09 Dekabr 2024    
Hindistan ordusu çətin ərazilərdə logistik imkanlarını gücləndirmək üçün yerli istehsal olan “Sabal 20” Pilotsuz Uçuş Aparatını (PUA) istifadəyə verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Uttar Pradeşdə yerləşən “EndureAir Systems” tərəfindən istehsal edilən logistik PUA 20 kiloqram və ya öz çəkisinin təxminən yarısı qədər faydalı yük daşıma qabiliyyətinə malikdir.

Hindistan mətbuatında yer alan məlumata görə, PUA tibbi dəstlər, döyüş sursatı, batareyalar və atıcı silahlar da daxil olmaqla, geniş çeşiddə materialları 10 kilometrdən çox məsafələrə daşıya bilir.

Yüksək hündürlük şəraitinə tab gətirmək üçün xüsusi olaraq hazırlanmış PUA Hindistanın Şərq əməliyyatları üçün istifadə olunacaq.

“Sabal 20”nin ən diqqət çəkən xüsusiyyətlərindən biri onun “Boeing”in “Chinook” helikopterinin bazası əsasında dizayn edilməsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Sabal-20   PUA  


Bizi "telegram"da izləyin