Ordu.az xəbər verir ki, öhdəlik Qətər əmirinin ötən həftə baş tutan dövlət səfərindən sonra götürülür.
Qətər əmiri Britaniya Baş naziri Kir Starmer ilə iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə dair danışıqlar aparıb.
Qətər tərəfindən verilən birgə açıqlamada iki ölkənin Qətər Əmiri Hərbi Hava Qüvvələri (HHQ) ilə Kral HHQ arasında mövcud olan tərəfdaşlığın 2030-cu ilə qədər uzadılması barədə razılığa gəldiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, bu genişləndirmə hər iki ölkədə Qətər və Britaniya pilotlarının təhsili, təlimləri və ezamiyyətləri vasitəsilə qabiliyyətlərin davamlı inkişafına imkan verəcək.
Əlavə edilib ki, Qətər bu tərəfdaşlığı mümkün etmək üçün əlavə 12 ədəd “Typhoon” təyyarəsi alacaq.
Sevinc Əliyeva
Ordu.az