Ordu.az xəbər verir ki, iki ölkə kibermüdafiə, Pilotsuz Uçuş Aparatları (PUA) və digər müdafiə sahələrində yeni əməkdaşlıq vəd ediblər.
Argentinanın müdafiə naziri Luis Petri bu həftənin əvvəlində israilli həmkarı ilə iki ölkənin müdafiə əlaqələrini gücləndirmək məqsədilə çoxillik səy göstərməyi öhdəsinə götürən müqavilə imzalamaq üçün 12.000 mildən çox məsafə qət edib.
Bildirilib ki, gələcək hökumətlərarası (G2G) müqavilələrində kibermüdafiə, PUA-lar, sərhədlərin mühafizəsi, peyk rabitəsi və yüngül silahlar, yüngül döyüş sursatları, radiostansiya və müvafiq avadanlıqlar üzrə birgə layihələrə diqqət yetiriləcək.
Bundan əlavə, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlər üzrə strateji seminarlar üçün birgə proqram yaradılacaq.
Sevinc Əliyeva
Ordu.az