Tipik AİC Dəsti 1 ədəd AİC, 2 ədəd 35 mm-lik Modernləşdirilmiş Yedəkdə Daşınan Top və 1 ədəd Aşağı Hündürlükdə HHM Raket Buraxılış Sistemindən (Hisar-A FFS) ibarətdir.
AİC-in Ümumi Xüsusiyyətləri
AİC Dəsti kritik obyektlərin və stasionar hərbi birliklərin HHM-ni effektiv şəkildə təmin etmək üçün ən müasir texnologiyaya əsaslanan aşağı hündürlükdə HHM həllini təklif edir. Tipik AİC Dəsti 1 ədəd AİC, 2 ədəd 35 mm-lik Modernləşdirilmiş Yedəkdə Daşınan Top və 1 ədəd Aşağı Hündürlükdə HHM Raket Buraxılış Sistemindən (Hisar-A FFS) ibarətdir.
• 3D axtarış radarı ilə hədəfin aşkarlanması və izlənilməsi qabiliyyəti
• Atəşə Nəzarət Radarı və E/O sensorlarından ibarət İnteqrasiya Edilmiş İzləmə Platforması ilə dəqiq hədəf izləmə
• Yerli hava mənzərəsi yaratmaqla, təhlükənin qiymətləndirilməsi və silahların yerləşdirilməsi əməliyyatlarını yerinə yetirmək bacarığı
• 3 ədəd 35 mm-lik yedəkdə daşınan HHM topunun və 1 ədəd aşağı hündürlükdə HHM raket buraxılış sisteminin atış və komanda nəzarətini öz üzərinə götürmək bacarığı
• 35 mm-lik yedəkdə daşınan HHM topları ilə birlikdə qəlpəli sursatların istifadəsi ilə HHM missiyasının sabit qanadlı/kvadrokopter tipli hava platformalarına, “hava-yer” raketlərinə, qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı effektiv şəkildə icrası.
• Yüksək səviyyəli komanda-idarəetmə mənsubları ilə koordinasiyada fəaliyyət göstərmək bacarığı
• “Hisar-A” FFS ilə simsiz səs və məlumat rabitəsi
Sevinc Əliyeva
Ordu.az