Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesində Birləşmiş Millətlər Təşkilatının təsdiqi ilə sursat yeşikləri istehsal edən “Çukurova Savunma” şirkəti yeni ixrac uğuruna imza atıb.
Şirkət UNPACK brendi ilə Livandakı özəl şirkətə 9x19 mm-lik tapança və avtomat sursatları üçün taxta döyüş sursatı yeşikləri ixrac edib.
Hərbi standartlara əlavə olaraq, yerli istehsal sursat yeşiyi ADR (quru yolu), IATA DGR (hava yolu), IMDG (dəniz yolu) və RID (dəmir yolu) kimi təhlükəli yük standartlarına da cavab verir.
UNPACK 9x19mm Taxta Sursat Yeşiyi 3 minə qədər mərmi saxlaya bilər. NATO-nun MIL-SDT-199/299 standartlarına da cavab verən sursat yeşiyinin ümumi daşıma qabiliyyəti 47 kiloqramdır.
Sevinc Əliyeva
Ordu.az