2 milyard ildən sonra ortaya çıxdı: Ayın qaranlıq səthindən götürülmüş nümunələr araşdırıldı

2024/12/1733294759.jpg
Oxunub: 504     12:04     09 Dekabr 2024    
Çinin Ayın uzaq tərəfindən götürdüyü nümunələr planetdə vulkan püskürmələrinin 2,8 milyard il əvvəl baş verdiyini ortaya çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Təhlillər göstərir ki, bu bölgədəki lava elementlər baxımından fərqlidir və Ayın iki tərəfi arasındakı sirlərin açılmasına kömək edə bilər.

Ay Yerlə cazibə kilidi altında olduğu üçün həmişə planetimizə doğru eyni tərəfə baxır.

Bu səbəbdən Ayın uzaq tərəfi yaxın tərəfinə nisbətən daha az tədqiq edilir.

İndiyədək yalnız 2 Çin eniş vasitəsi Ayın Cənub qütbünə enə bilib.

“Science” jurnalında dərc edilən araşdırmada “Chang'e 6” eniş vasitəsinin Aydan gətirdiyi nümunələr təhlil edilib.

2024-cü ildə həyata keçirilən bu missiya Ayın uzaq tərəfindəki Cənub Qütbü-Aitken hövzəsindən 1,9 kiloqram nümunə toplayaraq, Yerə gətirib.

Bunlar Ayın uzaq tərəfindən Yerə gətirilən ilk nümunələr olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Ay  


Bizi "telegram"da izləyin